Türkiyə-İraq sərhəd xəttində terrorçulara qarşı davam edən əməliyyatlarda 2 türk əsgəri şəhid olub, 7-si yaralanıb.
Müstəqil.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu haqda Müdafiə Nazirliyindən bildirilib.
Məlumatda bölgədəki terrorçuların güclü atəş altında saxlandığı, antiterror əməliyyatının davam etdiyi qeyd edilib.