Türkiyə parlamenti Şuşa Bəyannaməsini təsdiq edəcək

Türkiyə parlamenti Şuşa Bəyannaməsini təsdiq edəcək

Türkiyə Böyük Millət Məclisi (BMM) Şuşa Bəyannaməsini təsdiqləyəcək. “Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə” qanun layihəsi BMM-ə daxil olub. Bu bardə “Anadolu” agentliyi xəbər verir.

Xatırladaq ki, bu gün Azərbaycan Milli Məclisinin plenar iclasında “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib. Beləliklə, Milli Məclis “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsini təsdiq edib.

Müstəqil.Az

Share: