Türkiyənin şimal qərbində yerləşən Kırklareli vilayətində 45 qanunsuz miqrant saxlanılıb.
Bu barədə Türkiyə mətbuatı xəbər verib.
Qeyd olunur ki, polis qrupları qeyri-qanuni mühacirləri daşıdığı iddia edilən səkkiz avtomobili saxlamaq istəyiblər.
Lakin miqrantları daşıyan şəxslər dayanma xəbərdarlığına tabe olmayıblar.
Nəticədə polis qrupları avtomobilləri təqib etməyə başlayıblar.
Təqib nəticəsində avtomobili idarə edənlər və avtomobildə olan sərnişinlər saxlanılıblar.
Mənbə: İHA