Xəbər verdiyimiz kimi, Türkiyədə prezidentliyə namizəd olmaq istəyənlər üçün imzatoplama prosesi yekunlaşıb.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən namizəd olmaq istəyən şəxslərin topladığı imzaların sayını təqdim edir:
Muharrem İnce: 111 508
Sinan Oğan: 107 637
Fatih Erbakan: 69 255 (Namizədliyini geri götürüb)
Doğu Perinçek: 27 061
Yakup Türkal: 3137
Erkan Trükten: 2589
Tevfik Ahmet Özal: 1544
İrfan Uzun: 1263
Halil Murat Ünver: 538
Hilmi Özden: 478
Davut Turan: 122
Xatırladaq ki, Məmləkət Partiyasının sədri Muharrem İnce və ATA İttifaqının namizədi Sinan Oğan yetərli sayda – 100 min imza toplayıb. CHP sədri Kemal Kılıçdaroğlu və Prezident Rəcəb Tayyib Ərdoğanın namizədliklərini isə partiyalar irəli sürüb.