replica rolex watches within the quest for the best style simultaneously an ideal blend associated with resourcefulness distinctive daring style .

bodrum escort

Türkiyə Prezidenti postmodern çevrilişdə iştirak edən 14 generalı ƏFV ETDİ – FOTOLAR

Türkiyə Prezidenti postmodern çevrilişdə iştirak edən 14 generalı ƏFV ETDİ – FOTOLAR

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində 1997-ci ildə baş verən postmodern çevrilişdə iştirak etməkdə təqsirli bilinərək həbs edilən 14 nəfər əfv edib. 

Müstəqil.Az  Türkiyə mətbuatına istinadən xəbər verir ki,  o, bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, keçmiş generallar Çevik Bir, Çetin Doğan, Erol Özkasnak, Fevzi Türkeri, Yıldırım Türker, Cevat Temel Özkaynak və Aydan Erol da daxil olmaqla 14 məhkum yaşlarının çox olması və xroniki xəstəlikləri nəzərə alınaraq əfv edilib.

Qeyd edək ki, Türkiyə postmodern çevrilişi və ya “28 Fevral prosesi” 1997-ci il fevralın 28-də başlayan ordu və bürokratiya mərkəzli çevriliş prosesidir. Proses Baş nazir Nəcməddin Ərbakanın istefası və 54-cü Türkiyə Nazirlər Kabineti olan REFAHYOL Hökumətinin dağılması ilə nəticələnib. Məsələ ilə bağlı iş 2012-ci ildə başladılıb. Nəticədə 103 nəfərə qarşı Türkiyə hökumətini zorakılıq yolu ilə devirməyə cəhd etməklə bağlı ittiham irəli sürülüb. Həmin şəxslər arasında general və admirallar da olub. Ərbakanın devrilməsinin planlaşdırılmasında iştirak edən Çevik Bir və digər 30 hərbçi saxlanılaraq məhkəmənin qərarı ilə müxtəlif müddətlərə həbs cəzasına məhkum ediliblər.

  • Ərdoğan postmodern çevrilişdə iştirak edən 14 generalı ƏFV ETDİ - FOTOLAR
  • Ərdoğan postmodern çevrilişdə iştirak edən 14 generalı ƏFV ETDİ - FOTOLAR

Müstəqil.Az

Share:

seo

-

isim değiştirme