Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya yola düşüb.
REAL-ın Türkiyə bürosu xəbər verir ki, Ərdoğan, Rusiya səfərində prezident Vladimir Putinlə bir araya gələcək.
Türkiyə Prezidentini bu səfərdə Xarici işlər naziri Mövlud Çavuşoğlu, Müdafiə naziri Hulusi Akar, Sənaye və Texnologiya naziri Mustafa Varank, Xəzinə və Maliyyə naziri Bərat Albayrak, İstanbul Valisi Ali Yerlikaya müşaiyət edir.
Səfər zamanı ikitərəfli münasibətlər, Suriya, İdlibdəki son prosseslər müzakirə mövzusu olacaq. Bundan başqa R.T.Ərdoğan MASK-2019 Beynəlxalq Aviasiya və Kosmik sərginin açılışına da qatılacaq.