“Türkiyə Rusiya və Ukrayna prezidentləri Vladimir Putinlə Volodimir Zelenski arasında görüş təşkil etməyə hazırdır”. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “CNN Türk” telekanalının efirində deyib.
“Rəcəb Tayyib Ərdoğanın Ukraynaya səfəri zamanı keçirdiyi mətbuat konfransında dediyi kimi, hər iki tərəf razılaşarsa, biz məmnuniyyətlə vasitəçiliyə hazırıq. Rusiya da bunu müsbət qarşılamalıdır”, – Çavuşoğlu vurğulayıb.
Müstəqil.Az