Rusiya, İran, Suriya və Türkiyə prezidentlərinin Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşmasına həsr olunmuş görüşü mayın əvvəlində baş tuta bilər.
Bu sözləri bazar ertəsi Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 100TV-yə müsahibəsində deyib.
“Mayda Türkiyədəki seçkilərə çox yaxın tarixlərlə bağlı təkliflər var idi. Mayın əvvəlinə də təklif var idi, lakin hələ razılaşdırılmayıb. Belə ki, həmin vaxt İran prezidentinin Suriyaya səfəri gözlənilir. Hazırda görüşün tarixi üzərində iş davam edir”, – nazir vurğulayıb.