İran, Suriya, Rusiya və Türkiyə xarici işlər nazirlərinin dördtərəfli görüşü may ayına təxirə salınıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Suriyadakı səfiri Aleksandr Yefimov bildirib.
Yefimovun sözlərinə görə, bu formatda müsbət nəticələrin əldə olunması üçün əlaqələr və məsləhətləşmələr davam edir. O bildirib ki, Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşmasına danışıqların bir raundu ilə nail olmaq mümkün deyil.
Qeyd edək ki, iclas sabah, aprelin 10-da baş tutmalı idi.