ABŞ-ın Nyu-York şəhərindəki “Türk Evi”də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və Rusiya xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə “Astana Prosesi” çərçivəsində görüş keçirilib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşdə BMT Baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen də iştirak edib.