“Türkiyə Rusiyaya qarşı heç bir məhdudlaşdırıcı addım atmaq niyyətində deyil”.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlaması zamanı deyib.
“Rusiya ilə münasibətlərdə heç bir problemimiz yoxdur və biz Qərbdən nümunə götürərək Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etmək məcburiyyətində deyilik. Rusiya ilə də müsbət münasibətlərimiz var”, – deyə Ərdoğan bildirib.