Türkiyənin telekanalları da “Rusiya dövlət başçısı Putinə İrəvanda sayğısızlıq” başlığı ilə 1 dəq.50 saniyəlik video xəbərdə İrəvandakı görüşün arxa planlarını da açıqlayıb.
Xəbərdəki görüntülərdən Putinin Paşinyana olan soyuq münasibəti, süni əl-sıxışmaları aydın hiss olunur. Erməni mətbuatı İrəvan sammitini uğur saysa da, reallıqda nə baş verdiyinin fərqindədirlər və müxalif media bu münasibəti Rusiyanın sayğısızlığı kimi dəyərləndirib.
Putinin İrəvandan ayrıldıqdan həmən sonra Azərbaycan dövlət başçısını Soçidə Valday klubunun növbət toplantısında qəbul etməsi də Ermənistanın indiki rəhbərliyinə olan münasibətin təzahürü kimi dəyərləndirmək olar.