“Türkiyə üçün təhlükə onun strateji tərəfdaşları tərəfindən irəli gəlir”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə prezidenti bildirib: “Biz ABŞ-da pul ilə silah ala bilmirik, amma təəssüflər olsun ki ABŞ və koalisiya qüvvələri bu silah və sursatı terror qruplaşmalarına pulsuz verirlər. Belə halda təhlükə kimdən irəli gəlir? İlk növbədə, strateji tərəfdaşlardan”.
Bundan əlavə Ərdoğan qeyd edib ki, Türkiyənin daxilində və İraqın şimalında son 3 il ərzində 16 650 terrorçu zərərsizləşdirilib.
Müstəqil.Az