Türkiyə Avropa Birliyinin (AB) irəli sürdüyü kriteriyaların 72-sini də tamamladı.
Enter.News Türkcə xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
“Xüsusilə viza sadələşdirilməsi barəsində irəli sürülən kriteriyaların 67-sini həyata keçirdik. Digər kriteriyalar da artıq hazırdır. Avropa “Türkiyə əlimizdən qaçmasın” deyir. Artıq top AB-dədir. Sabah məktubu təqdim edəcəyik”, – XİN rəhbəri bildirib.
Müstəqil.Az