“Azərbaycanın Qarabağda qələbəsindən sonra Cənubi Qafqazda daimi sülh və sabitlik üçün mühüm fürsət yaranıb”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu fransalı həmkarı Katrin Kolonna ilə görüşdən sonra keçirdiyi birgə mətbuat konfransında bildirib.
Çavuşoğlu qeyd edib ki, Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan danışıqları kimi proseslər dəstəklənməlidir.