Moskvada Rusiya və Türkiyənin XİN rəhbərləri Sergey Lavrovla Hakan Fidan arasında görüş keçirilir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova öz teleqram kanalında açıqlayıb.
***
Türkiyənin xarici işlər naziri Hakan Fidanın rusiyalı həmkarı Sergey Lavrovla müzakirə etdiyi məsələlər açıqlanıb.
Tərəflər “Taxıl sazişi” ətrafında fikir mübadiləsi aparıblar.
Fidan bildirib ki, taxıl müqaviləsinin bərpası qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün çox vacibdir.
“Biz Qara dənizdə qlobal ərzaq təhlükəsizliyi və sabitlik üçün sazişin kritik rolunu vurğuladıq”, – o qeyd edib.
Nazir vurğulayıb ki, BMT Türkiyə ilə birlikdə taxıl sazişinin bərpası üçün əsas ola biləcək yeni təkliflər hazırlayıb.
Lavrov da öz növbəsində bildirib ki, hazırda dünyada ərzaq böhranı yoxdur və Qərb Rusiyanın taxıl müqaviləsi çərçivəsində irəli sürdüyü şərtlərə konstruktiv yanaşmaq istəmir.
O, Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın yaxın vaxtlarda görüşəcəyinidə bildirib.