Türkiyə ABŞ-nin 2020-ci ilin sentyabrında Kiprə qarşı silah embarqosunun ləğvinin 1 oktyabr 2023-cü il tarixindən etibarən daha 1 il müddətinə uzadılmasını pisləyir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Bildirilib ki, Türkiyə Şimali Kipr Türk Respublikası (ŞKTR) Xarici İşlər Nazirliyinin bu məsələ ilə bağlı ədalətli reaksiyasını tam dəstəkləyir.
“ABŞ-nin Kipr türk administrasiyasına qarşı atdığı müxtəlif addımların bu ölkənin uzun illərdir Kipr adasında saxladığı neytral mövqeyinə xələl gətirir və Kipr məsələsinin ədalətli, daimi və davamlı həllinə mane olur”, – bəyanatda vurğulanıb.