Türkiyə Xarici İşlər Nazirliyi Danimarkaya etiraz edib.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bununla bağlı Danimarka səfiri nazirliyə çağırılıb.
Etiraza səbəb Danimarkada Qurani-Kərim və Türk bayrağına qarşı nifrət cinayətlərinin törədilməsinə icazə verilməsidir.
“Danimarkada martın 24-də müqəddəs Qurani-Kərimə və bayrağımıza qarşı törədilən nifrət cinayətinin mart ayı ərzində yenidən baş tutmasına icazə verilməsini şiddətlə qınayırıq. Bu səhvin davamlı olduğunu da qeyd edirik. Aydındır ki, bu cür hərəkətlərin qarşısının alınması üçün hüquqi və inzibati tədbirlərin qeyri-kafi olması, siyasi iradənin olmaması, həmçinin günahkarların cəzasız qalması yeni təxribatlara təkan verir”, – deyə Türkiyə XİN bildirib.