Türkiyə XİN Yunanıstana başsağlığı verdi

Türkiyə XİN Yunanıstana başsağlığı verdi

Türkiyənin Xarici İşlər Nazirliyi Yunanıstana başsağlığı verib.

“Qafqazinfo” xəbər verir ki, Türkiyə XİN-in yaydığı məlumatda deyilir:

“Qonşumuz Yunanıstanda ötən gecə baş verən qatar qəzasında çox sayda insanın həlak olmasını və yaralanmasını kədərlə öyrəndik. Bu dəhşətli qəzada həlak olanların yaxınlarına, yunan xalqına və hökumətinə başsağlığı verir, yaralılara şəfa diləyirik”.

Xatırladaq ki, Yunanıstanda sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində 32 nəfər həlak olub, daha 85 nəfər isə yaralanıb.


Share: