Türkiyə-Yunanıstan Siyasi Dialoq toplantısı keçirilib

Türkiyə-Yunanıstan Siyasi Dialoq toplantısı keçirilib

Türkiyə-Yunanıstan Siyasi Dialoq toplantısı keçirilib

Türkiyə ilə Yunanıstan arasında bu gün Ankarada növbəti Siyasi Dialoq toplantısı keçirilib.

-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN məlumat yayıb.

Topnaltıda Türkiyə tərəfini xarici işlər nazir müavini, səfir Burak Akçapar, Yunanıstan isə xarici işlər nazirinin müavini Aleksandra Papadopulu təmsil edib.

Danışıqlar zamanı ikitərəfli münasibətlərin müxtəlif aspektləri, regional və beynəlxalq məsələlər müzakirə edilib.

“Hər iki tərəf ötən ilin dekabrında iki ölkənin liderləri tərəfindən Afinada imzalanmış Afina Bəyannaməsinə uyğun olaraq ikitərəfli və beynəlxalq əməkdaşlıq sahələrində mövcud müsbət ab-havanı inkişaf etdirmək üçün ortaq öhdəliklərin vacibliyini bir daha vurğulayıblar. Həmçinin, Baş nazir Miçotakisin ölkəmizə planlaşdırılan səfərinə hazırlıq müzakirə edilib və ikitərəfli münasibətlərin bütün aspektləri də daxil olmaqla, mövcud dialoq kanalları vasitəsi ilə indiyədək əldə edilmiş irəliləyiş qiymətləndirilib”, – deyə Türkiyə XİN-dən bildirilib.

Share: