Türkiyədə 51 minə yaxın bina təcili sökülməlidir

Türkiyədə 51 minə yaxın bina təcili sökülməlidir

Türkiyədə zəlzələdən zərər görən vilayətlərdə 387 346 binada yoxlamalar aparılıb.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murat Kurum açıqlayıb. 

Onun sözlərinə görə, 50 576 binanın təcili olaraq sökülməsi tələb olunur. 

Kurum, həmçinin qeyd edib ki, zəlzələ bölgələrində dəyən zərərin qiymətləndirilməsi işlərində 7100 nəfər iştirak edir.

 


Share: