Türkiyədə azərbaycanlı ailənin evində yanğın – 18 yaşlı tələbə öldü

Türkiyədə azərbaycanlı ailənin yaşadığı mənzildə yanğın olub.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, yanğın noyabrın 7-də Samsunda özəl firmaya aid birotaqlı gözətçi daxmasında baş verib. Yanğında Etibar (48), həyat yoldaşı Aynur (42) və uşaqları Murad Allahverdiyev yaralanıb. Vəziyyəti ağır olan 18 yaşlı tələbə təcili yardım helikopteri ilə xəstəxanaya çatdırılıb. Lakin bütün müdaxilələrə baxmayaraq, gənc bu gün dünyasını dəyişib.

 

Müstəqil.Az

Share: