“Dünən Türkiyədə çalışan bir qrup xilasedicilərmizdən çox yaxşı xəbər var. Belə ki, dağıdıcı zəlzələdən sonra doqquzuncu gündə bir qadın xilas edilib. O, bizim Fövqəladə Hallar Dövlət Xidmətimiz tərəfindən dağıntılar altından çıxarılaraq həkimlərə təhvil verilib”.
“Qafqazinfo” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ənənəvi videomüraciətində deyib.
“Heç bir şəraitdə ümidini itirməmək və həyat uğrunda mübarizəyə davam etmək çox lazımdır. Bütün xilasetmə qrupumuza təşəkkür edirik!”, – deyə Zelenksi qeyd edib.