Türkiyədə daha 772 nəfər koronavirusdan sağaldı

Türkiyədə son sutka ərzində 22 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.

Müstəqil.Az bildirir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca mlumat verib.

Nazirin sözlərinə görə, 1203 yeni yoluxma faktı qeydə alınıb. Pandemiya qurbanlarının sayı 6080-ə, virusa yoluxanların sayı isə 255 min 723 nəfərə çatıb.

Türkiyədə indiyədək 235 569 pasiyent (son sutkada 772 nəfər) sağalaraq evə buraxılıb.

Müstəqil.Az

Share: