Türkiyədə daha 93 nəfər koronavirusun qurbanı oldu

Türkiyədə daha 93 nəfər koronavirusun qurbanı oldu

Türkiyədə son sutka ərzində koronavirus (COVID-19) infeksiyasından daha 93 nəfər dünyasını dəyişib.

Müstəqil.Az bildirir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib.

Nazirin sözlərinə görə, son 24 saatda həm də 7706 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 27 377, virusa yoluxanların sayı isə 2 579 896 nəfərə çatıb.

Türkiyədə indiyədək 2 468 419 pasiyent sağalıb.

Müstəqil.Az

Share: