Türkiyənin İstanbul şəhərində üç gündür müşahidə olunan güclü duman səbəbindən dənizdə görmə məsafəsi azalıb.
Müstəqil.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, buna görə Dardanel boğazında gəmilərin hərəkəti dayandırılıb.
Bütün şəhərdə səhər saatlarında təsirini artıran duman səbəbindən sürücülərin irəliləməkdə çətinlik çəkdiyi bildirilib.
Qeyd edək ki, yanvarın 1-i səhər saatlarında sis səbəbiylə Boğaziçi gəmi hərəkəti hər iki istiqamətdə nəqliyyata bağlanıb.