Elektrik enerjisi istehsalındakı maya artımları səbəbindən 1 iyul 2021-ci il tarixindən etibarən Türkiyədə bütün abonent qrupları üçün son elektrik enerjisi tarifi 15% artırılıb.
Müstəqil.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Enerji Bazarını Tənzimləmə İdarəsindən məlumat verilib.
Bildirilib ki, 1 iyul tarixindən etibarən abonentlər 100 kilovat-saat elektrik enerjisi üçün vergi və fondlar da daxil olmaqla, 91,56 türk lirəsi ödəyəcəklər.(Publika.az)