Türkiyə polisi fahişəliklə mübarizə çərçivəsində nöbəti dəfə əməliyyat keçirib. Əməliyyat Türkiyənin Karabük şəhərində baş tutub.
Müstəqil.Az GoldNews.az-a istinad edərək xəbər verir ki, basqın zamanı Azərbaycan vətəndaşları nəzarətə alınıb və ölkədən çıxarlılıb.
Belə ki, Azərbaycan əsilli Z.M. adlı qadının yaşadığı ünvana basqın edilən zaman daha 5 nəfəs saxlanılıb.
Onlardan 2 nəfərin müştəri olduğu bəlli olub.
Araşdırmalar zamanı məlum olub ki, M.İ., L.İ. və U.M. adlı 3 azərbaycanlı qadınlar ev sahibi Z.M tərəfindən 100 tl qarşılığında fahişəliyə cəlb olunur. Həmin 3 qadın Türkiyəyə qeyri-qanuni yolla daxil olub.
İfadələri alındıqdan sonra müayinədən keçirilən 4 azərbaycanlı qadın ölkədən xaric edilib.
Müstəqil.Az