Türkiyənin Muğla şəhərinin Marmaris rayonunda 4,6 bal gücündə zəlzələ olub.
Müstəqil.Az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ ocağı 8,3 kilometr dərinlikdə meydana gəlib.
Hələlik dağıntı və ya tələfat barədə məlumat yoxdur.
Müstəqil.Az