Türkiyənin Elazığ şəhərinin Sivrice rayonunda zəlzələ baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda AFAD məlumat yayıb.
AFAD-ın saytında yer alan məlumata görə, yerli saatla səhər 06:36-da Elazığın Sivrice rayonunda 4,9 bal gücündə zəlzələ qeydə alınıb.
Təxminən 17,09 kilometr dərinlikdə baş verən zəlzələ ətraf əyalətlərdə də hiss olunub.
Elazığ valisi Ömər Toraman ilk məlumatlara görə heç bir mənfi halın yaşanmadığını bildirib.