Türkiyənin Daxili işlər naziri Süleyman Soylu bildirib ki, zəlzələdə 4 nəfərin ölməsi haqqında məlumatlar var.
APA-nın yerli bürosunun məlumatına görə, Elazığın Mədən rayonunda 5 mərtəbəli yaşayış binası çöküb.
Xilasedici qurumlar dağıntı altında qalan insanları çıxarmağa çalışır.
****
22:50
Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib ki, zəlzələnin episentrinin baş verdiyi Silivricədə və Pötürgə rayonunda 10 binada dağıntı olub.
APA-nın yerli bürosunun məlumatına görə, bir nəfərin yaralandığı bildirilib.
****
22:22
Türkiyənin Fövqəladə Hallar və Təbii Fəlakətlər İidarəsindən verilən xəbərə görə, zəlzələ yerli vaxtla 20.55-də baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, 10-12 saniyəyədək davam edən təkanlar Şırnak, Mardin, Diyarbəkir, Adıyaman, Samsun, Malatyada, eləcə də Şimali İraqın Ərbil və Duhok vilayətlərində də hiss olunub.
Qeyd edək ki, 2010-cu ilin martında Elazığda baş verən 6 bal gücündə zəlzələdə 51 insan həyatını itirib.
****
22:14
Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücünd zəlzələ olub.
APA-nın yerli bürosunun xəbərinə görə, Kandilli Rəsədxanası zəlzələnin yerin 10 kilometr dərinliyində baş verdiyini bildirib.
Təkanlar ətrafdakı bir çox rayonlarda hiss edilib.
Tələfat barədə hələlik məlumat verilməyib.
Müstəqil.Az