Türkiyənin Amasya vilayətində hərbi hissələrin birində hərbçilərin kütləvi zəhərlənməsi halı baş verib.
Bu barədə Haberturk nəşri yazır.
Məlumata əsasən, zəhərlənmə hadisəsi hərbi hissədə gəmiricilərlə mübarizəyə qarşı tədbirlərdən sonra qeydə alınıb.
Ümumilikdə 81 hərbi qulluqçunun xəstəxanaya yerləşdirildiyi qeyd olunur.