Türkiyədə hava məkanına nəzarət üçün hazırlanan radarın tətbiqinə başlanıb

Türkiyədə hava məkanına nəzarət üçün hazırlanan radarın tətbiqinə başlanıb

Türkiyədə hava məkanına nəzarət üçün hazırlanan radarın tətbiqinə başlanıb

Türkiyədə yaradılaraq istehsal edilən radarlar sutkanın 24 saatı ərzində ölkənin bütün hava məkanına nəzarət etməyə imkan verəcək.

-nın xəbərinə görə, bunu Türkiyənin nəqliyyat naziri Abdulkadir Uraloğlu X platformasında paylaşımında bildirib.

Nazir qeyd edib ki, türk mühəndisləri tərəfindən hazırlanmış ilk yerli müşahidə radarı (MGR) Qaziantep hava limanında quraşdırılıb: “Müxtəlif ərazilərdə yerləşdirilməsi planlaşdırılan radar sistemi sayəsində Türkiyənin bütün hava məkanı gecə-gündüz müşahidə olunacaq. Hava Hərəkətinin Təhlükəsizliyi üzrə Avropa Təşkilatının (Eurocontrol) tövsiyələrinə uyğun olaraq hazırlanmış MGR radarı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) bütün standartlarına cavab verir. Türkiyənin mülki aviasiyasının ehtiyacları üçün öz radarını yaratması hava hərəkəti təhlükəsizliyinə nəzarəti yaxşılaşdırmağa, bu sahədə xaricdən asılılığı azaltmağa və ölkənin aviasiya sektorunda texnoloji inkişafına töhfə verəcək”.

Sınaqdan uğurla keçən hava hərəkətinə nəzarət sistemi 112 km müşahidə məsafəsinə malik ilkin müşahidə radarından və 370 km müşahidə məsafəsinə malik ikinci dərəcəli radardan ibarətdir. Radar keçən il uğurla sınaqdan çıxıb.

Share: