Türkiyənin Karaköprü rayonunda kişi evdə mübahisə zəminində həyat yoldaşına ağır xəsarətlər yetirib.
Hadisə yerinə gələn təcili tibbi yardım xidmətinin əməkdaşları qadını xəstəxanaya aparıblar.
Lakin hirsi soyumayan ər qohumları ilə birlikdə qadını təqib edərək onun müalicə üçün aparıldığı xəstəxanaya hücum çəkib.
Nəticədə xəstəxananın mühafizə xidməti və həkimlər qadını təqib edən kişi və onun qohumları ilə əlbəyaxa olublar.
Hadisə yerinə gələn polis iki nəfəri həbs edib.
Mənbə: İHA