Amasyanın Taşova rayonunda sərnişin avtobusu ilə tikinti texnikasını daşıyan yük maşını toqquşub.
Arxadan gələn avtobus yük maşını üzərindəki ekskavatora çırpılıb.
Qəza nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb.
Avtobusda olan sərnişinlərdən Gülər Gümüş qəza yerində, avtobus sürücüsü Mustafa Dursun və sərnişinlərdən Mehmet Kılıçarslan isə aparıldıqları xəstəxanada dünyasını dəyişiblər.
Yaralılardan 8-i əraziyə göndərilən təcili tibbi yardım maşınları ilə xəstəxanalara aparılıb.
Mənbə: Haber Global