Türkiyənin Suriya ilə sərhədində yerləşən Şanlıurfa bölgəsinin Akçakale rayonunda saxlanılan 3 əcnəbi vətəndaşdan 69 ədəd tapança götürülüb.
Ölkənin təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılan şəxslərin İŞİD terror qruplaşmasının üzvləri olduğu müəyyənləşib.
Məlum olub ki, terrorçular Türkiyə ərazisinə qeyri-qanuni yolla keçiblər.
Müstəqil.Az