Türkiyədə mayın 14-də keçirilməsi nəzərdə tutulan prezident və parlament seçkilərində 36 partiya iştirak edə biləcək.
Bunu ölkənin Ali Seçki Şurası açıqlayıb.
Beləliklə, Şuranın “Resmi gazete”də dərc edilən qərarına Ədalət və Birlik Partiyası, Ədalət Partiyası, Ədalət və İnkişaf Partiyası, Ana Vətən Partiyası, Müstəqil Türkiyə Partiyası, Böyük Birlik Partiyası, Böyük Türkiyə Partiyası, Cümhuriyyət Xalq Partiyası, Demokratiya və Sıçrayış Partiyası, Demokratik Sol Partiya, Demokrat Partiya, Əmək Partiyası, Gələcək Partiyası, Gənc Partiya, Güc Birliyi Partiyası, Haqq və Azadlıqlar Partiyası, Xalqın Qurtuluşu Partiyası, Xalqların Demokratik Partiyası, Hür Dava Partiyası, Yaxşı Partiya, Məmləkət Partiyası, Millət Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Milli Yol Partiyası, Səadət Partiyası, Sol Partiya, Türkiyə Dəyişiklik Partiyası, Türkiyə İşçi Partiyası, Türkiyə Kommunist Hərəkatı, Türkiyə Kommunist Partiyası, Vətən Partiyası, Yenidən Rifah Partiyası, Yenilik Partiyası, Yeni Türkiyə Partiyası, Yaşıllar və Sol Gələcək Partiyası, Zəfər Partiyası daxil edilib.