Türkiyədə şok hadisə: Məşhur rejissoru aktyor evində vəhşicəsinə öldürdü – FOTO

“Çanakkale Yolun Sonu”, “Qarip Bir Cinayet”, “Ankara Ayazı” filmlərinin də arasında olduğu 49 serial və filmin rejissoru, beynəlxalq mükafatlar sahibi Mustafa Kemal Uzun (58) Şiledəki evində başına beyzbol ağacı vurularaq və bıçaqlanaraq öldürülüb.

Müstəqil.az Hürriyet-ə istinadən xəbər verir ki, Uzunu rejissorluğunu etdiyi bir serialda rol alan O.A.-nın öldürdüyü məlum olub. O.A saxlanılıb.

O.A ifadəsində “Mustafa Kemal Uzunun rejissorluğunu etdiyi bir serialda rol aldım. Dünən günorta saatlarında bir kafedə Mustafa Kemal Uzun ilə görüşdük. Burada bir az söhbət etdikdən sonra Şileyə getdik. Burada da bir kafedə əylşdik, çay, qəhvə içdik. Sonra bir balıq restoranında yemək yedik. Daha sonra Uzunun evinə yollandıq. Burada spirtli içki içdik. Söhbət zamanı aramızda münahisə baş verdi. Çok qəzəbləndim, bıçaqladım, daha sonra da beyzbol ağacı ilə başına vurdum” deyib.

 

Müstəqil.Az

Share: