Türkiyə parlamenti dezinformasiya ilə mübarizə haqqında qanun layihəsini qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, Türkiyə Cəza Məcəlləsinə edilən dəyişikliyə görə, sosial şəbəkələrdə yalan xəbərlərin yayılması cinayət sayılacaq.
Bilə-bilə yalan məlumat yayma 1 ildən 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Bu cinayət təşkilati fəaliyyət çərçivəsində törədildikdə, cəza ikiqat artırılır.