İstanbuldan Ər-Riyada uçan “Airbus 321” sərnişin təyyarəsi yük anbarından gələn “Kömək” səslərinə görə Antalyada məcburi eniş edib.
xəbər verir ki, bu barədə yanvarın 28-də “Haberler” portalı məlumat yayıb.
“Hava gəmisi Pegasus Hava Yollarına məxsus, TC-RDG qeydiyyatdan keçmiş Airbus 321 təyyarəsidir. Ər-Riyada uçuş üçün yerli vaxtla saat 21:15-də Sabiha Gökçen hava limanından yola düşüb. Havaya qalxdıqdan bir müddət sonra bəzi sərnişinlər yük bölməsindən qışqırıq səslərinin eşidildiyini bildiriblər”, – deyə məlumatda bildirilir.
Sərnişinlərdən şikayətlər təyyarənin heyətinə bort Kipr adasının sahillərində olduğu bir vaxtda daxil olub. Pilotlar təyyarəni Antalya hava limanında təcili eniş etmək qərarına gəliblər.
Aeroportun uçuş-enmə zolağı boyu təhlükəsizlik tədbirləri görülüb: polis kordonları çəkilib, yanğınsöndürmə briqadaları və həkim briqadaları düzülüb.
Saat 23:45-də təyyarə hava limanına endikdən sonra yük bölməsinə baxış başlayıb. Mütəxəssislərin işi davam edir.