Türkiyədə terror əməliyyatı – VİDEO

Van, Diyarbakır, Mardinin bələdiyyə başçıları vəzifədən kənarlaşdırıldı

Bu gün səhər saatlarında təxminən Türkiyə vaxtı ilə saat 05:00 radələrində Türkiyənin Diyarbəkir, Van və Mardin rayonlarında Daxili İşlər Nazirliyi terror əleyhinə əməliyyatlar keçirib.

REAL-ın Türkiyə bürosunun xəbərinə görə, terrorçu qrupları dəstəkliyən və onlara maliyyə yardımları edən bələdiyyə başçıları vəzifələrindən uşaqlaşdırılıblar.

Türkiyə DİN-in yaydığı açıqlamada bildirilib ki, son illər terrora qarşı aparılan qətiyyətli mübarizə nəticəsində gücdən düşən PKK/KCK terror təşkilatları onlarla əlbir olan bəzi bələdiyyə başçıları vasitəsi ilə bələdiyyələrin imkanlarından qeyri-qanuni məqsədlər üçün istifadə edib.

Bu səbəbdən silahlı terror təşkilatının qurmaq və ya idarə etmək, bu təşkilatlara üzv olmaq və cinayətkarlara dəstək verməkdə ittiham olunan Diyarbəkir bələdiyyə sədri Səlcuq Mirzaqlı, Mərdin bələdiyyə sədri Əhməd Türk və Van bələdiyyə sədri Bedia Özgökçə haqqında istintaq əməliyyatlarına başlanıb.

 

Share: