Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirinin müavini Ömər Fatih Saya “Twitter” rəsmiləri ilə video-görüş keçirib.
“Qafqazinfo” “CNN”ə istinadən xəbər verir ki, görüşdən sonra ölkədə tviter sosial platformasının açılacağı bildirilib.
Ömər Fatih tviterin saxta məlumatların yayılmasının qarşısını almadığını qeyd edib. Şirkət xüsusi işçi qrupu ilə məsələni nəzarətə götürüb.
Xatırladaq ki, bu gün Bakı vaxtı ilə 17:00-dan Türkiyədə sözügedən sosial şəbəkənin işində ləngiləmələr qeydə alınıb. Sonra isə platformaya giriş bağlanıb.