Türkiyədə 54 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib.
Bu barədə “Haber Global” məlumat verib.
Qeyd olunub ki, onlar Sivas şəhərinin Hafik rayonunda yas mərasimindən sonra özlərini pis hiss etdikləri üçün tibb müəssisəsinə aparılıblar.
Mədə ağrısı, ürəkbulanma və qusma şikayətləri ilə xəstəxanaya müraciət edən 54 nəfərdən 5-nin vəziyyəti daha ağırdır.
Müraciət edənlər arasında bələdiyyə sədri Səlahəddin Çuhadaroğlu da var.