Türkiyədə 28-ci çağırış parlamentinə seçilən millət vəkillərinin andiçmə mərasimi keçirilir.
“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, mərasimə Türkiyə Böyük Millət Məclisinə (TBMM) müvəqqəti olaraq sədrlik edən Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı sədrlik edir.
Mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edir. Tədbirin təqribən 10 saat davam etməsi gözlənilir.
Xatırladaq ki, ölkənin Ali Seçki Şurası (YSK) mayın 14-ü keçirilən parlament seçkiləri bağlı yekun məlumatı açıqlayıb. Nəticələrə əsasən, ölkənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) parlamentdə 268, Cümhuriyyət Xalq Partiyası (CHP) 169, Milliyətçi Hərəkat Partiyası 50, Yenidən Refah Partiyası 5, Yaşıllar və Sol Gələcək Partiyası 61, Türkiyə İşçi Partiyası 4, İYİ Partiyası isə 43 yer qazanıb. Ümumilikdə TBMM-də 600 millət vəkili yer alır.
***
Türkiyədə 28-ci çağırış parlamentinə seçilən millət vəkillərinin andiçmə mərasimi başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, mərasim yerli vaxtla 01:30-da yekunlaşıb.
Türkiyə Böyük Millət Məclisinin müvəqqəti sədri Dövlət Baxçalı və Məclisin baş katibi Mehmet Əli Kumbuzoğlu Ərdoğanı rəsmi mərasimlə qarşılayıblar.