Türkiyədə zəlzələdən 215 gün sonra dağıntılar altından cəsəd tapıldı

Türkiyədə 6 fevralda baş verən zəlzələdən 215 gün sonra dağıntılar altından daha bir meyit çıxarılıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, Kahramanmaraşda axtarış işləri zamanı Antakya qəsəbəsi Atatürk küçəsində cəsəd tapılıb.

Hazırda meyitin cinsiyyəti və kimliyi bilinmir.

Şəxsiyyətinin müəyyənləşdirilməsi üçün cəsəd tibbi ekspertizaya göndərilib.


Share: