Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, İstanbulun Avcılar Şükrübey dayanacağı yaxınlığında baş verən qəzada 4 metrobus toqquşub.
İstanbul valisi Əli Yerlikaya qəzada 42 nəfərin yaralandığını açıqlayıb.
Qəza səbəbilə hadisə yerinə çoxlu sayda qruplar sövq edilib.
Hadisə yerində xilasetmə işləri davam edir.
***
İETT-İstanbul Elektrik Tramvay və Tunel İdarələrindən verilən açıqlamaya görə, qəza nəticəsində xəsarət alanların sayı 85-ə yüksəlib.
***
İstanbul valisi Əli Yerlikaya yaralı sayının 99-a yüksəldiyini bildirib:
“50 yaralımız təcili yardım maşınları ilə yaxınlıqdakı xəstəxanalara çatdırıldı. 49 yaralımız isə öz imkanları ilə xəstəxanalara getdi və ambulator müalicə aldı. Yaralı vətəndaşlarıma şəfalar diləyirəm”.