Birləşmiş Ərəb Əmirliyinin rəhbərliyini ölkəmizə qarşı düşmən münasibətdən imtina etməyə çağırırıq.
Müstəqil.Az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy bildirib.
Aksoy qeyd edib ki, BƏƏ hökuməti həddini bilməlidir: “BƏƏ Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin verdiyi açıqlama bir ölkənin riyakarcasına yürüdülən siyasətini gizlətməyə cəhddir”.
Qeyd edək ki, BƏƏ Türkiyənin Liviya Milli Razılıq Hökumətini dəstəkləməsini tənqid edib və bu ölkənin ərazi bütövlüyünə hörmət göstərmədiyini iddia edib.
Müstəqil.Az