Türkiyəli aktyor Mehmet Aslantuğ deputatlığa namizəd olub.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bununla bağlı İşçi Partiyanın (TİP) sədri Erkan Baş məlumat verib.
O bildirib ki, Mehmet Aslantuğ deputatlığa namizədlik təklifini qəbul edib.
Qeyd edək ki, Türkiyədə deputatlığa namizədlər üçün seçki 14 mayda keçiriləcək.