Müstəqil.Az İnsider.az – a istinad edərək xəbər verir ki, bu sözləri mediaya açıqlamasında Anka Türk Birliyinin sədri, araşdırmaçı yazar Dr.Derya Akdemir deyib.
Araşdırmaçı yazar bildirib ki, son dövrlrədə Türkiyə ilə Azərbaycan arasında istiləşən münasibətlər, qurulan sıx əməkdaşlıq bir çox regionda maraqları olan qüvvələri narahat etməyə başlayıb. Akldemir hesab edir ki, dünən Xankəndində keçirilən mitinq də, orda səsləndirilən şüarlar da Azərbaycana Rusiya və İranın uyğulamaq istədiyi mobbinqin əsas tərkib hissəsidir: “Ermənistanda ağılı insanlar başa düşməlidir ki, onların Türkiyə və Azərbaycanla isti münasibətlər qurmaqdan başqa çarələri qalmay6ıb. Ölkənin durğun iqtisadiyyatının gətirdiyi qorxu, gələcəyə olan inam hissinin ölməsi onsuz da erməniləri öz olkələrini tərk etməyə vadar edir.
Sadə ermənilər fərqindədir ki, illərdir İrəvanda, qədim Türk yurdunda iqtidarda olan xunta rejimi ölkənin sosial – iqtisadi. siyasi – ictimai həyatını iflic edib. Ermənistanın hazırki baş naziri hər nə qədər bu prosesi Türkiyə və Azərbaycanla olan münasibətlərin normallaşması prosesinin dərinləşdirilməsi ilə bu vəziyyətdən çıxmağa çalışsa da, ölkə daxilindəki revanşist Qarabağ klanı bu prosesin həyata keçirilməsinə imkan vermir. Zəngəzur dəhlizinin açılması ilə bağlı Azərbaycan Prezidentinin səsləndirdiyi sərt bəyənarlar da bu klanı və onların havadarlarını qorxuya salır. Ona görə də əllərindən gələni etməyə çalışırlar ki, regionda sülhün bərqərar olmasını gecikdirsinlər. Amma həmin qüvvələr bir məqamı unudurlar ki, artıq nə olursa olsun, regionda bir Türkiyə – Azərbaycan müttəfiqliyi mövcuddur və bu mütəffiqlik Zəngəzur dəhlizinin açılması ilə birlikdə bütün Türk dünyasının siyasi doktrininə çevriləcək”.
Müstəqil.Az