Türkiyəli biznesmen azərbaycanlı qıza əxlaqsız təklif edib onu işdən qovdu…-Şikayətçi Gülnar Həmidova …

Müstəqil.Az  Gülnar Həmidovanın  göndərdiyi şikayət məktubunu olduğu kimi təqdim edir:

Beta şirkətində çalışmış Gülnar Həmidova “Betadan” şikayətçidir.
Gülnar Həmidova bildirir ki, illərdir çalışdığı “Beta şirkəti” onu səbəbsiz yerə işdən uzaqlaşdırıb, 3 aylıq maaşını da verməyib.
Amma önəmli olan maaş yox, onun işdən uzaqlaşdırılma səbəbidir. Belə ki, Betada rəhbər vəzifədə çalışan Fədai Günay adlı Türkiyə vətəndaşı Gülnar xanımın dediyinə görə ona dəfələrlə əxlaqsız təkliflər edib:
“Mənim anam xəstə olduğuna görə mən illərdir bir neçə şirkətdə çalışmışam və hər yerdə də normal işçi olmuşam, məndən rəhbərlik narazı olmayıb.
“Beta” şirkətində də işim qaydasında gedirdi. Yasamal ərazisindəki bütün marketlər, ticarət obyektləri məni tanıyır ki, necə işçi olmuşam.
Amma bu üstünlüklərim mənə bəs etmədi ki, mən Betada işimi davam edim.
Çünki orada Turkiyə vətəndaşı olan Fədai Günay adlı şəxs mənə dəfələrlə intim münasibət təklif edirdi və mənsə ona rədd cavabı verirdim.
Anam xəstə olduğuna görə işdən de uzaqlaşa bilmirdim.
Amma sonda o məni razı sala bilmədiyini görüb zor gücüylə məni işdən uzaqlaşdırdı.
Hər dəfə deyirdi ki, elə bilmə məni məhkəməyə verə bilərsən, sənin qanunların da, məhkəmələrin də mənim cibimdi. Önəmli olan puldur ki, o da məndedir deyir.
Mən onun mənə dediyi sözlərin çoxunu səs yazı ilə saxlamışam. Sübut da edə bilərəm.
Xahiş edirəm, lazımi orqanlardan, 1-ci xanim Mehriban Əliyevadan ki, azerbaycanlı xanıma qarşı olunan bu haqsızlığa göz yummasın.
Onlar mənim maasımın sığorta hissəsini də vermirlər, aylardır. Axı belə haqsızlıq olmaz, niyə azərbaycanlı qızını hansısa xarici ölkədən gəlmiş pullu insan belə əzsin?
Mən bezmişəm həyatımdan bu ittiham ve haqsızlıqlara görə.
Neçə dəfə  intihar etmək istəmişəm, amma anama görə etməmişəm, amma bilirəm ki, nə vaxtsa edə bilərəm bunu. Görsəm ki, sübut edə bilmirəm haqlı olduğumu, o zaman ne edəcəyimi bilirəm. Bir daha deyirəm, Beta şirkətindəki vəzifəli adam sayılan Fədai Günay mənə əxlaqsız təkliflər edib, istədiyini əldə etmədiyi üçün məni işdən uzaqlaşdırdı.
Bunları sübut edəcək səs yazılarım da var.
O, öz puluna güvənərək bizim ölkənin qanunlarını məmurlarını belə təhqir edirdi ki, ona heç kim heç nə deməz mənə görə”.
Gülnar Həmidova
https://www.youtube.com/watch?v=CwUp3HbgOX0&feature=youtu.be&fbclid=IwAR2XUJpgBnPfgqTUm3aKh2hjzfqqCEVSabrB3W-3rPp3Qqh7L42wgQ-sX84
Qeyd edək ki, qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Müstəqil.Az

Share: